AZ

Ermənistan anlamalıdır ki, Azərbaycanla dostluq şəraitində yaşamaq düşmən olmaqdan qat-qat sərfəlidir - Gülçöhrə Məmmədova "Tofiq Abbasovla dialoq" verilişində (FOTO/VİDEO)

Bakı. Trend:

"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq"analitik videolayihəsinin növbəti buraxılışı yayımlanıb.

Trend xəbərverir ki, verilişin qonağı Azərbaycan Memarlıq və İnşaatUniversitetinin rektoru, professor Gülçöhrə Məmmədova olub.

"Ermənistanı yenidən müharibəyə sürükləməyə çalışan revanşistqüvvələrə "yox" demək lazımdır. Sülhün alternativi yoxdur. Sülholmasa, deməli, daha bir münaqişə olacaq və bunun kimin qələbəsiilə bitəcəyi, məncə, heç kimdə şübhə doğurmamalıdır", - odeyib.

Professor qeyd edib ki, Azərbaycan öz ərazilərini təkbaşına gerialdığı kimi, öz gücü ilə də bərpa edir.

"Bütün bunları görən qonşularımız anlamalıdır ki, bizə qarşızorla və ya xaricdəki dostlarının köməyilə təsir etmək lazım deyil.Bu heç bir nəticə verməyəcək. Sadəcə hadisələrə real baxmaq vəanlamaq lazımdır ki, Azərbaycanla dostluq şəraitində yaşamaq düşmənolmaqdan qat-qat sərfəlidir", - rektor deyib.

O, Azərbaycanın beynəlxalq mövqelərini daha damöhkəmləndirdiyini, daha nüfuzlu dövlətə çevrildiyini, bütündünyada getdikcə daha çox qəbul edildiyini vurğulayıb.

"Fransanın anti-Azərbaycan fəaliyyətinə baxmayaraq, ölkəmiz özmövqeyini gücləndirir", – deyə o əlavə edib.

Verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırırıq:

(Tərcümə: Rəna Əbdürəhmanova)

Ermənistan
Ermənistan
Ermənistan
Ermənistan
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
2
az.trend.az

3Mənbələr