AZ

Almaniya ətraf mühitin mühafizəsi sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır

“Azərbaycanın Avropa üçün yaşıl enerji tədarükçüsü olmaq yolunda böyük ambisiyaları var”.

Alman-Azərbaycan Xarici Ticarət Palatasından (AHK Azərbaycan) verilən məlumata görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann COP29 mövzusunda AHK Impuls tədbiri zamanı çıxış edərkən deyib.

O, iqlim maliyyəsi, iqlim mühafizəsi tədbirləri və qlobal istiləşmənin qarşısının alınması üçün göstərilən səylərdən danışıb, Almaniyanın ətraf mühitin mühafizəsi sahəsində öz təcrübəsini Azərbaycanla bölüşməyə hazır olduğunu bildirib.

Səfir öz çıxışında dünyanın, o cümlədən Azərbaycanın gələcəyi üçün böyük əhəmiyyət daşıyan COP29 ilə əlaqədar tədbir təşkil etdiyinə görə AHK Azərbaycana təşəkkür edib.

Qeyd edək ki, AHK Azərbaycan qarşıdan gələn COP29 iqlim konfransına hazırlıq məqsədilə “İnnovasiya, Tərəfdaşlıq, Transformasiya - COP29-dan gözləntilər” şüarı altında silsilə tədbirlərə start verib. Bu çərçivədə ilk addım olaraq 100-ə yaxın üzv şirkət nümayəndələrinin və digər qonaqların iştirakı ilə COP29 mövzusunda AHK Impuls tədbirini keçirib.

Seçilən
33
vergiler.az

1Mənbələr