AZ

Bu ölkədə hərbi xidmət məcburi olacaq

Litva parlamenti “Hərbi xidmət haqqında” qanunun yeni redaksiyasını təsdiqləyib, ona əsasən, 2026-cı ildən başlayaraq bütün məktəb məzunları 9 ay müddətində icbari hərbi xidmət keçməlidirlər.

Vətəninfo.az xəbər verir ki , bu barədə Litva parlamentinin saytında dərc olunmuş məlumatda deyilir.

“Qanunda belə bir müddəa var ki, ona görə hərbi xidməti həyata keçirən milli müdafiə sisteminin qurumları 17 yaşına çatmış, 18 yaşı tamam olan kimi hərbi xidmət keçməli olan şəxslərin tibbi müayinədən keçirilməsini təşkil etməlidirlər”. mesajda deyilir.

Qanun 2026-cı ildə qüvvəyə minəcək və 2025-ci ildə 17 yaşlı yeniyetmələr tibbi müayinədən keçməlidirlər. 18-22 yaş arası gənclər hərbi xidmətə çağırıla bilər, çağırışçı əvvəllər ali təhsil müəssisəsinə qəbul olubsa, təxirə salınma mümkündür. Xidmət 9 ay davam edəcək, bəzi hallarda altı aya endirilə bilər.

Bildirilir ki, qanun layihəsinin lehinə 85 deputat, əleyhinə 3 deputat səs verib, 14 deputat isə bitərəf qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
veteninfo.az

1Mənbələr