AZ

Azərbaycan həqiqətləri dünyaya necə çatdırılır?

İSTİQAMƏT: 6.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Hər bir ölkənin beynəlxalq aləmdə böyük nüfuz sahibi olması üçün həmin ölkənin dünya arenalarında doğru tanıdılmasından asılıdır. Bu məqamda diaspor fəaliyyətinin vacibliyi ön plana çıxır. İstər yerli qurumlar, istərsə də diaspor təşkilatları ölkənin tanıdılmasında önəmli rol oynayır.

Bu baxımdan, diaspor fəaliyyətinin düzgün qurulması, dünya ölkələrindəki lobbiçilik fəaliyyəti və dünya azərbaycanlılarının həmrəy olaraq birgə fəaliyyəti zəruridir. Xüsusilə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında görülən işlər dövlətin diaspor fəaliyyətindəki ən uğurlu istiqamətlərdən biridir. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra bütün fəaliyyət istiqamətlərində olduğu kimi, diaspor fəaliyyətində də yeniliklərə ehtiyac yarandı. Sirr deyil ki, bu gün bir sıra Qərb ölkələri Azərbaycana qarşı qərəzli mövqe tutub. Beynəlxalq təşkilatlarda Azərbaycana qarşı müzakirəyə çıxarılan məsələlər, qəbul edilən sənədlər, o cümlədən Ermənistanla aparılan sülh danışıqlarında qərəzli yanaşmaların ortaya qoyulması diaspor fəaliyyətinə nə dərəcə ciddi ehtiyac olduğunu göstərir. Bu gün ölkə gündəminin əsas prioritet məsələlərindən biri budur.

Digər tərfdən, Vətən müharibəsindən sonra işğaldan azad olunan Qarabağda 30 il müddətində törədilən ekeloji terrorun, müharibə cinayətlərinin beynəlxalq aləmə tanıdılması əsas hədəfdir. Sonucu dəfə-2022-ci ilin 22 aprelində Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında çıxış edən Prezident İlham Əliyev diaspor fəaliyyətinin yeni istiqamətlərinin yol xəritəsinin necə olacağının anonsunu vermişdi.

“Hər birimiz - həm Azərbaycan hökuməti, həm səfirliklər, diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar. Sizin - xaricdə yaşayan azərbaycanlıların bu sahədə daha böyük imkanlarınız var. Son illər ərzində bizim diaspor təşkilatlarımız çox fəallaşıb, həm İkinci Qarabağ müharibəsində biz bunu gördük, həm də ondan əvvəlki dövrdə. Hətta erməni radikal qüvvələrinin fiziki hücumlarına baxmayaraq, onlar yenə də say çoxluğundan istifadə edib bizim fəallara qarşı cinayət törətmişlər, azərbaycanlılar öz sözünü demişdilər, bu gün də bunu etmək lazımdır”, - deyə Prezident İlham Əliyev çıxışında vurğulamışdı.

Prezidentin çıxışı bütövlükdə diaspor fəaliyyəti ilə bağlı bütün istiqamətlərin konturu və yol xəritəsidir. Eyni zamanda, onu da xüsusi vurğulamaq lazımdır ki, qurultayın Şuşa şəhərində keçirilməsinin özü dünyaya verilən bir mesaj idi. Azərbaycan qalib ölkədir və artıq diaspor təşkilatlarımız da qalib dövləti təmsil edir.

Mövzu ilə bağlı “Cebhe.info”-ya danışan araşdırmaçı jurnalist Əli Zülfüqaroğlu deyib ki, diaspor məsələsi Azərbaycan üçün strateji əhəmiyyət daşıyır:

“Azərbaycanın yerləşdiyi region geosiyasi maraqların toqquşduğu məkandır. Ona görə də Azərbaycana qarşı mütəmadi olaraq təzyiqlər var. Eyni zamanda, sülh danışıqları prosesində xüsusilə Qərb ölkələri tərəfindən təzyiq cəhdlərinin şahidi oluruq. Danışıqlar prosesinin pozulma cəhdlərində Fransa, Avropa Birliyi daha fəaldır. Bu məsələdə erməni lobbisinun də xüsusi rolu var”.

Ə.Zülfüqaroğlu hesab edir ki, Azərbaycan diasporu yeni dövrün çağırışlarına cavab verməlidir:

“Ölkə başçısı da bunu dəfələrlə bildirib. Vətən müharibəsindən sonra da Azərbaycan üçün yeni dönəm başladı və bu istiqamətdə də yeni çağırışlar nəzərə alınmalıdır. Azərbaycan disporu da erməni lobbisinin təzyiqlərinə cavab vermək üçün beynəlxalq mətbuatda Azərbaycan həqiqətlərinin yayılmasına çalışmalı və müxtəlif, xüsusilə də seçkili orqanlarda təmsil olunmaq istiqamətində fəaliyyət göstərməlidir. Dünya azərbaycanlılarının son qurultayında Prezident İlham Əliyevin çıxışı həm aidiyyatı üzrə quruma, eyni zamanda diaspor təşkilatları üçün yol xəritəsi idi. Son zamanlar Diasporla İş üzrə Dövlət Komitəsi müəyyən addımlar atdı və müəyyən irəliləyişlərin olması ilə bağlı ümidlər yarandı”.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
cebheinfo.az

1Mənbələr