AZ

Rauf Əliyev: "Santuşun əlində sehrli çubuq yoxdur"

“Düzünü desəm, milliyə daha gənc və dinamik baş məşqçinin gələcəyini gözləyirdim”.

Sportnet.az xəbər verir ki, bu sözləri "Azərtac"a açıqlamasında veteran futbolçu Rauf Əliyev Fernandu Santuşun Azərbaycan millisinin baş məşqçisi təyin olunması barədə danışarkən deyib.

Yığmanın sabiq hücumçusu portuqaliyalı mütəxəssisin titullu məşqçi olduğunu bildirib: “Daha çox Portuqaliya millisini Avropa çempionu etməsi ilə tanınır. Lakin son iş yeri olan Türkiyənin “Beşiktaş” komandasında uğurlu nəticə qazana bilmədi. Hər bir məşqçi yeni gəldiyi zaman iddialı danışır və öz hədəflərini ortaya qoyur. Düşünürəm ki, indidən onun görəcəyi işlər barədə nəsə demək tez olar”.

R.Əliyevin sözlərinə görə, Azərbaycan millisinin uğur qazanması yalnız Fernandu Santuşdan asılı deyil: “Əlində sehrli çubuq yoxdur ki, böyük dəyişiklik edə bilsin. Futbolumuzun səviyyəsindən, legioner həyatı yaşayan oyunçuların durumundan da çox şey asılıdır. Portuqaliyalı mütəxəssis Gürcüstan kimi komandaların Avropa çempionatına vəsiqə qazanmasının yığmamıza stimul verəcəyini deyib. Lakin onların heyətinə baxsaq, əksər futbolçuların güclü komandalarda oynadıqlarını görərik. Ola bilər ki, Santuş müəyyən işlər görməyə çalışsın. Ancaq bacarıq və keyfiyyət də önəmlidir”.

Qeyd edək ki, AFFA Fernandu Santuşla 3+1 illik müqavilə imzalayıb.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
sportnet.az

1Mənbələr