"Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "Hər zaman bütün məsələlərdə bir-birinin yanında olan Azərbaycan və Türkiyə qardaşlığı türk dünyası üçün bir örnəkdir. 44 günlük Vətən müharibəsində Azərbaycan-Türkiyə birliyi bir daha öz təsdiqini tapdı. Xoş gündə də, dar gündə də Azərbaycanın yanında olan Türkiyənin şanlı tarixi Zəfərimizdə xalqımızın yanında olması hər bir Azərbaycan dövlətinin vətəndaşının qəlbini qürurlandırır. Sevindirici haldır ki, erməni qəsbkarlarının işğalından azad edilmiş torpaqlarımızda Türkiyə-Azərbaycan bayraqları birgə dalğalanır.
Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksəksəviyyəli əməkdaşlıq əsasında qurulan Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında çoxşaxəli müttəfiqliyin rəmzinə çevrilib. Dünya ictimaiyyəti yeni qlobal reallıqlar fonunda Azərbaycan və Türkiyənin beynəlxalq güc mərkəzləri kimi tanınmasının, hər iki dövlətin bir-birinə arxa-dayaq olmasının, regionun inkişafına, sabitliyinə, təhlükəsizliyinə verdiyi töhfələrin şahidi olur".
Alim Hüseynli
Olaylar.az