AZ

Azərbaycan və Türkiyə qardaşlığı türk dünyası üçün bir örnəkdir- ÖZƏL

"Milli Qurtuluş Günündə həm də Azərbaycan və qardaş Türkiyə əməkdaşlığının yeni səhifəsinin, Şuşa Bəyannaməsinin imzalanmasının ildönümünü qeyd edirik. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2021-ci ildə Şuşa Bəyannaməsinin imzalanmısı iki ölkə arasında münasibətlərin ən yüksək zirvəyə çatmasının göstəricisi və regionun təhlükəsizliyinin zəmanəti oldu".
 

"Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "Hər zaman bütün məsələlərdə bir-birinin yanında olan Azərbaycan və Türkiyə qardaşlığı türk dünyası üçün bir örnəkdir. 44 günlük Vətən müharibəsində Azərbaycan-Türkiyə birliyi bir daha öz təsdiqini tapdı. Xoş gündə də, dar gündə də Azərbaycanın yanında olan Türkiyənin şanlı tarixi Zəfərimizdə xalqımızın yanında olması hər bir Azərbaycan dövlətinin vətəndaşının qəlbini qürurlandırır. Sevindirici haldır ki, erməni qəsbkarlarının işğalından azad edilmiş torpaqlarımızda Türkiyə-Azərbaycan bayraqları birgə dalğalanır.

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksəksəviyyəli əməkdaşlıq əsasında qurulan Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında çoxşaxəli müttəfiqliyin rəmzinə çevrilib. Dünya ictimaiyyəti yeni qlobal reallıqlar fonunda Azərbaycan və Türkiyənin beynəlxalq güc mərkəzləri kimi tanınmasının, hər iki dövlətin bir-birinə arxa-dayaq olmasının, regionun inkişafına, sabitliyinə, təhlükəsizliyinə verdiyi töhfələrin şahidi olur".

Alim Hüseynli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
olaylar.az

1Mənbələr