AZ

Dövlət Neft Fondunun İcraçı direktoruna müavin təyin edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Bəhruz Fərman oğlu Bəhramov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

Bu barədə  ARDNF-dən məlumat verilib.

Qeyd edək ki, Bəhruz Bəhramov 2020-ci ildən hazırki tarixədək ARDNF-nin İcraçı direktorunun müşaviri vəzifəsini icra edib. Daha öncə ARDNF-nin Risklərin idarə edilməsi və İnvestisiya departamentlərində müxtəlif vəzifələrdə, o cümlədən, 2014-2016-cı illərdə Risklərin idarə edilməsi departamentinin direktor müavini, 2016-2020-ci illərdə Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıb.

Seçilən
106
25
azpost.info

10Mənbələr