AZ

Floridada fövqəladə vəziyyət elan edildi

ABŞ-nin Florida ştatında daşqınlardan sonra bəzi bölgələrdə fövqəladə vəziyyət elan edilib.

Bakıvaxtı.az "İHA"ya istinadən xəbər verir ki, bu barədə Florida qubernatoru Ron DeSantis açıqlama verib.

Onun sözlərinə görə, son günlər yağan güclü yağışlar daşqınlara səbəb olub. Nəticədə küçə və prospektlər gölə çevrilib, avtomobillər su altında qalıb.

Bundan başqa, əlverişsiz hava şəraiti nəticəsində Mayami Beynəlxalq Hava Limanında və Fort Lauderdale-Hollywood Beynəlxalq Hava Limanında 1200-dən çox uçuş dayandırılıb. 

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
bakivaxti.az

1Mənbələr