AZ

Putinin Şimali Koreyaya səfərini müzakirə etdilər

ABŞ dövlət katibinin müavini Kurt Kempbell ilə Cənubi Koreyanın xarici işlər nazirinin birinci müavini Kim Hon Qyun arasında telefon danışığı baş tutub.

Bu barədə məlumatı Cənubi Koreya XİN yayıb.

Bildirilir ki, tərəflər söhbət zamanı Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreyaya planlaşdırılan səfərini və bir sıra digər məsələləri müzakirə ediblər.

Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In 2023-cü ilin sentyabrında Rusiyaya səfər edib və Vladimir Putinlə görüşüb. O bu zaman rusiyalı həmkarını ölkəsinə səfərə dəvət edib və dəvət qəbul edilib. İyunun 10-u Rusiya Prezidentinin rəsmi sözçüsü Dmitri Peskovun verdiyi açıqlamaya görə, Kreml dövlət başçısının nə vaxt Şimali Koreyaya səfər etməyə hazırlaşdığı barədə müvafiq zamanda məlumat verəcək.

Mənbə: qafqazinfo.az

Aqreqator
Seçilən
129
qafqazinfo.az

1Mənbələr