AZ

CANSO tədbiri çərçivəsində Xəzər dənizinə 5 min nərə balığı körpəsi buraxılıb

Bakı. Trend:

Ümumdünya Aeronaviqasiya Sammiti və CANSO-nun 28-ci İllik Ümumiİclası çərçivəsində 5 min nərə balığı körpəsinin təbii yaşayışmühitinə buraxılması mərasimi keçirilib. Neftçalada baş tutan butəşəbbüs Xəzər hövzəsində nəsli kəsilməkdə olan nərə balığıpopulyasiyasının bərpası məqsədilə həyata keçirilib.

Tədbirdə AZAL, AZANS və CANSO-nun nümayəndələri, həmçinin sammitiştirakçılarının ailə üzvləri iştirak ediblər. Qurumların birgəsəyləri Xəzər dənizinin ekosisteminə uzunmüddətli müsbət təsirgöstərməyə yönəlib. Həmçinin bu təşəbbüs onların yeniəməkdaşlığını, ətraf mühitə qayğısını və biomüxtəlifliyinqorunmasına sadiqliyini nümayiş etdirir.

Nərə balığı Xəzər dənizinin ekosistemində özünəməxsus yer tutur.O, həm də dünyanın ən çox sevilən təamlarından biri olan kürününmənbəyidir.

Qeyd edək ki, Bakıda iyunun 11-dən 13-nə kimi ÜmumdünyaAeronaviqasiya Sammiti və CANSO-nun 28-ci İllik Ümumi İclasıkeçirilib. Tədbirdə 80-dən çox ölkədən 300-ə yaxın mülki aviasiyaüzrə rəhbər şəxs iştirak edib.

Ekoloji dayanıqlılıq məsələlərinə yönəlmiş tədbir mühüm qərarlarqəbul etmək, bilik mübadiləsi və məhsuldar dialoqlar aparmaq üçünhava hərəkəti idarə edilməsi sahəsinin dünya liderlərinin diqqətinicəlb etmək məqsədi daşıyıb.

CANSO
CANSO
CANSO
CANSO
CANSO
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
18
az.trend.az

10Mənbələr