AZ

Nadir və çox bahalı torpaq yatağı tapılıb

Nadir

Norveç ərazisi Avropada nadir və çox dəyərli torpaqların əsas mərkəzinə çevrilə bilər. Çünki bu ölkədə nadir hesab edilən torpaq metallarının yatağını tapılıb.

Reyting.az
-ın məlumatına görə, "Rare Earths Norway" mədən şirkətindən bildiriblər ki, çox yüksək dəyərləndirilən və qiymətli nadir torpaq elementlərinin olduğu Norveç ərazisində Avropanın ən böyük yatağı kəşf edilib.

"CNBC" kanalı bildirir ki, nadir torpaq elementlərinə, həmçinin də kritik minerallara tələbatın yaxın illərdə artacağı gözlənilir, çünki təmiz enerjiyə keçid sürət qazanır, buna görə də tezliklə litium, nadir torpaq metalları neft və qazdan daha vacib olacaq.

Kəşf edilən bu nadir torpaq yatağı Norveçin paytaxtı Oslodan təxminən 210 kilometr cənub-qərbdə, Telemark adlanan ərazidə yerləşir.

Xatırladaq ki, Çin 2022-ci ildə Avropa İttifaqının ən böyük nadir torpaq idxal tərəfdaşı olub və bu, çəki üzrə ümumi idxalın 40 faizini təşkil edib.

Oqtay QORÇU
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
reyting.az

1Mənbələr