AZ

Moskva birjasında səhər sessiyasının ticarəti dayandırılıb

Moskva birjasının səhər sessiyasında həyata keçirilə biləcək əməliyyatlar müvəqqəti olaraq dayandırılıb.

Rusiya Mərkəzi Bankından verilən yazılı açıqlamada sabahdan etibarən Moskva Birjasının səhər sessiyasına məhdudiyyətlərin tətbiq ediləcəyi qeyd edilib.

Açıqlamada valyuta, qiymətli metallar və törəmə bazarlarda əməliyyatların müvəqqəti dayandırıldığı, qərar ləğv edilənə qədər prosesin davam edəcəyi bildirilib.

Ötən gün Moskva birjasında ABŞ-ın sanksiyaları səbəbindən dollar və avro ilə ticarət dayandırılıb.

ABŞ Maliyyə Nazirliyi dünən Moskva Birjasını sanksiyalar siyahısına salıb.

Rusiya rəsmiləri ABŞ-ın tətbiq etdiyi bütün sanksiyaların qeyri-qanuni olduğunu bildirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
kommersant.az

1Mənbələr