AZ

“Ukraynaya 50 milyard dollarlıq yardım Putinə siqnaldır” - Şolts

“G7-nin Rusiya Federasiyasının dondurulmuş aktivlərindən istifadə etməklə Ukraynaya təxminən 50 milyard dollar maliyyə dəstəyi vermək planları açıq-aşkar Rusiya prezidenti Vladimir Putinə siqnaldır”.

Missiya.Az “Reuters”ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

Onun sözlərinə görə, bu, ukraynalıları müstəqilliklərini və suverenliklərini qorumaq üçün lazım olan hər şeyi etməyə ruhlandıran öhdəlikdir.

"Bu, həm də Rusiya prezidentinə açıq siqnaldır ki, o, sadəcə oturub Ukraynadakı maliyyə problemlərinin bir gün ona bu müharibədə qalib gəlməsinə imkan verəcəyinə ümid edə bilməz. Bu, bizim bu gün atdığımız çox tarixi addımdır”, - deyə siyasətçi vurğulayıb.

Solts qeyd edib ki, Putin Ukraynaya beynəlxalq dəstəyin zaman keçdikcə azalacağına inanmaqla səhv etdi.

 

Daşqın HəsənovMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
missiya.az

1Mənbələr