AZ

Xuraman səhhəti pisləşən qızının görüntülərini paylaşdı – FOTO  

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl müğənni Xuraman Şuşalı qızı Məryəmin səhhətinin pisləşdiyini açıqlamışdı. 

Bizim.Media xəbər verir ki, sənətçi övladı ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. 

Xuraman qızı ilə telefonda videozəng vasitəsi ilə danışdığı anın görüntüsünü paylaşaraq bu sözləri yazıb: 

“Məni sevənim və mənim sevdiyim. Allah bütün balaları qorusun. Arzu edənlərə versin, İnşallah. Həyat çox qısadır, bilmirik bizi nə gözləyir. Sevdiklərinizin dəyərini bilin. Maşallah, Məryəm sevgisini çox gözəl göstərir”. 
Qeyd edək ki, rejissor Elçin Məmmədovla ailəli olan Xuramanın Məryəmdən savayı Abbas, Hüseyn və Surə adlı daha 3 övladı var. 


Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
bizim.media

1Mənbələr