AZ

Rusiya daha 6 ölkəyə qarşı viza rejimini ləğv edir

Yazını böyüt
Yazını kiçilt

Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Reşetnikov ölkənin Yaxın Şərq və Cənub-Şərqi Asiyada bir çox ölkə vətəndaşları üçün vizaları ləğv edəcəyini, ilin sonuna kimi müqavilələrin imzalanmasının planlaşdırıldığını bildirib.

Hafta.az-ın yazdığına görə, Reşetnikov, "Vizaların tamamilə ləğvi ilə bağlı bir çox ölkə ilə danışıqlar davam edir. İlk mərhələdə Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Oman, Malayziya və Myanma siyahının başındadır" deyib.

Nazirin sözlərinə görə, bir çox ölkələrlə vizaların ləğvi və elektron vizaların tətbiqi sayəsində ötən yay Rusiyaya 400 min xarici turist gəlib.

Moskvanın viza rejimini daha da sadələşdirməyi planlaşdırdığını bildirən Reşetnikov, "Bununla paralel olaraq Çin və İranla tur qruplarının giriş mexanizmini işə saldıq. İndi Hindistandakı həmkarlarımızla sıx əməkdaşlıqda işləyirik və artıq bir razılaşma var” deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
hafta.az

1Mənbələr