AZ

BTC ilə tranzit neftin nəqli 15% artıb

Cari ilin yanvar-may aylarında Azərbaycanda neft kəmərləri ilə 15 971.1 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 1.8% azdır.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nəqletmənin 75.1%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 11 986.4 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 3.6% azdır.

Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 81.3%-i və ya 9 749 min tonunu Azərbaycanda hasil edilən neft, 18.7%-i və ya 2 237.4 min tonunu (14.8% artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Xatırladaq ki, ötən il magistral neft kəmərləri ilə 39 753,2 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 5,2% çoxdur. Nəqletmənin 75,9%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və ötən il ərzində bu kəmər vasitəsilə 30 191,6 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 1,49% çoxdur.

Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,6%-i və ya 24 950,9 min tonunu Azərbaycanda hasil edilən neft, 17,4%-i və ya 5 240,7 min tonunu (2,7% artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
8
apa.az

3Mənbələr