AZ

Lifti qırılan binanın sahibi “Şərurlu İsfəndiyar“: “Günahkar sakinlərdir“

Xəbər verdiyimiz kimi ötən gün Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında lift qırılıb. Qəzadan həmən sonra əraziyə təcili və təxirəsalınmaz tibbi yardım briqadaları cəlb olunub. Binada  baş verən bədbəxt hadisə nəticəsində xəstəxanaya yerləşdirilən yeddi nəfərdən altısı ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Fövqəladə Hallar Nazirliyindən News365.az- a verilən məlumata görə, hadisə yerinə xilasedicilər cəlb olunublar:

"Nazirliyinin xilasediciləri hadisə yerinə çatanadək məlumatla xilasedicilərə ehtiyac olmadığı bildirilib".

Qeyd edək ki, hadisə metronun "Həsi Aslanov" stansiyasının yaxınlığında, Xudu Məmmədov küçəsində yerləşən "Şərur" MTK yaşayış kompleksində baş verib.

Məsələ ilə bağlı tikinti şirkətin rəhbəri İsfəndiyar Axundovla əlaqə saxladıq. News365.az- a açıqlamasında o bildirib ki, qəzanın baş verməsində günahkar sakinlərdir:

“Hazırda təhqiqat gedir. Yəqin ki, hər şey ortaya çıxacaq. Amma yenə deyirəm ki, günahkar sakinlərdir. Çünki, 4-5 yerlik liftə bəzən 8-10 adam minir. Nəticədə. artıq yüklənmə olur. Bundan əlavə liftə minən uşaqlar bəzən atılıb-düşür. Bu da lift üçün müəyyən edilmiş yükdən artıq yüklənmə yaradır. İctimai mülkiyyətə düşmən malı kimi baxmaq olmaz”.

İlhamə Qiyas, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
news365.az

1Mənbələr