AZ

10 gündə 6 nəfəri ildırım vurdu: Hansı tədbirlər GÖRÜLƏCƏK? - VİDEO

10 gündə 6 nəfəri ildırım vurdu: Hansı tədbirlər GÖRÜLƏCƏK? - VİDEO

Züriyyət Musayev, Diləfruz Qurbanova, Səbuhi Abdullayev, Orxan Quliyev, Baxış Baxışlı və Əli Nağıyev... Adıçəkilən şəxslər sadəcə iyunun ilk 10 günlüyündə İldırım vurması nəticəsində həyatını itirən şəxslərdir. 10 gündə 6 nəfər...

Mərhumların yaxınları odda edir ki, məhz ildırım çaxan vaxtlarda mobil telefondan istifadə bu cür tragediya ilə nəticələnib. İldırım ilə bağlı insanların davranış qaydası ilə əlaqədar müəyyən yanaşma və tələblər artıq 7-dən 70-ə hər kəsə məlumdur. Amma ildırımlı hava şəraiti hələ də davam edir. Dolayısıyla bizi ən çox maraqlandıran məsələ daha geniş miqyasda ildırım ötürücü blok yaxud sistemlərin, yaşayış və qeyri-yaşayış obyektlərində quraşdırılmasıdır.

Sonxeber.ax xəbər verir ki, mövzu ilə bağlı Aztv maraqlı süjet hazırlayıb:

"Bir çox obyektlərin ildırım ötürücü sistemləri olmalıdır. Xüsusilə qeyri-yaşayış binalarının, elektrik stansiyaları və xüsusi mobil operatorların olduğu yerlərdə bu qurğuların hazırlanması vacibdir. Çünki ildırım çaxan zaman olan enerjini bu qurğular onları ötürmək üçün bir vasitədir".

İldırım ötürücü sistemlərinə qismən də olsa, rast gələ bilirik. Binalara, qurğulara və sənaye kommunikasiyalarına quraşdırılan ildırım ötürücülər ildırımın inkişafının qarşısını almasa da, onun zərbəsindən dəyə biləcək ziyanlarin riskini kifayət qədər azaldır.

Ətraflı Aztv Xəbər-in süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
sonxeber.az

1Mənbələr