AZ

Növbəti beynəlxalq tibb konqresi Bakıda keçirilə bilər  

Türkiyənin İstanbul şəhərində Pelvik Pain və Endometrioz dərnəyinin təşkilatçılığı ilə beynəlxalq tibb konqresi keçirilib. 


ABŞ, Yaponiya, İtaliya, Özbəkistan və s. ölkələrdən 450-dən çox mütəxəssisin qatıldığı konqresdə ATU-nun əməkdaşı, tibb elmləri doktoru Müşviq Həsənov da rəsmi dəvət əsasında iştirak edib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, konqresin təntənəli açılış mərasimində çıxış edən M.Həsənov iştirakçıları Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyətinin adından salamlayaraq, belə tədbirlərin praktik təbabətlə məşğul olan həkimlər ucun faydalı olduğunu bildirib. M.Həsənov növbəti konqresin Bakı şəhərində müştərək keçirilməsi təklifini irəli sürüb.

 

Daha sonra M.Həsənov “Endometrioz mənşəli kəskin apendisit” adlı elmi məruzə ilə çıxış edib, o cümlədən digər məruzələr ətrafinda aparılan debatlarda aktiv iştirak edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
aztibb.az

1Mənbələr