AZ

Azərbaycan Danimarkada köməkçi texnologiya üzrə potensialın gücləndirilməsi seminarında təmsil olunub

ÜST-nin Azərbaycandakı Ölkə Ofisi, Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri ÜST-nin Avropa üzrə Regional Ofisi tərəfindən Danimarkanın Kopenhagen şəhərində təşkil olunan iki günlük köməkçi texnologiya üzrə potensialın gücləndirilməsi seminarında iştirak ediblər.

 

Bu barədə Aztibb.az-a ÜST-nin Azərbaycan Nümayəndəliyindən xəbər verilib.

 

Seminarın əsas məqsədi müvafiq üzv dövlətlərdə köməkçi texnologiyaya çıxışı gücləndirməkdə nazirliklərə kömək etmək üçün əsas məlumatları təqdim etmək olub.

 

Tədbir zamanı iştirakçılar köməkçi texnologiya, reabilitasiya və köməkçi texnologiyanın kəsişməsinə dair siyasi perspektiv, köməkçi məhsulların satın alınması, köməkçi texnologiya bazarları və bazarın formalaşması, köməkçi məhsul spesifikasiyalarının hazırlanması və tətbiqi, məhsul və xidmət keyfiyyət standartları üzrə ÜST-nin texniki işləri haqqında məlumat əldə ediblər. Həmçinin iştirakçılar UNİCEF-in anbarına baş çəkib, burada köməkçi məhsulların hazırlanması prosesini yerində müşahidə ediblər.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəliyi ATscale və ÜST-nin Avropa üzrə Regional Ofisinin birgə təşəbbüsü ilə “Səhiyyə və sosial müdafiə sistemlərində köməkçi məhsullara çıxışın genişləndirilməsi” layihəsini həyata keçirir. Azərbaycanda köməkçi texnologiyanın (KT) gücləndirilməsinə dəstək məqsədilə layihə ATScale Köməkçi Texnologiyalar üzrə Qlobal Tərəfdaşlıq tərəfindən maliyyələşdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
aztibb.az

1Mənbələr