AZ

"15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biridir" - Emil Əkbərov

"15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biridir" - Emil Əkbərov

"15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü və tarixi Şuşa Bəyannaməsinin imzalandığı gün kimi həkk olunub".

Bunu Sonxeber.az-a danışan "BİG Media" MMC-nin direktoru Emil Əkbərov bildirib.

Emil Əkbərov qeyd edib ki, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biridir:

"1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etsə də ölkədə vəziyyət heç də ürəkaçan deyildi. Müstəqilliyimiz kağız üzərində qalmışdı.
Ölkədəki siyasi böhran, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin zəbt olunması və bunun nəticəsində 1 milyona yaxın soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi ilə nəticələnmişdi. Eləcə də sosial-iqtisadi böhranı daha da dərinləşmiş, ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Belə bir vəziyyətdə xalqımızın milli liderə çox ehtiyac var idi. 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın istəyi ilə Bakıya geri qayıtdı. 1993-cü il iyunun 15-də isə Ümummilli Lideri Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və bununla da ölkə tarixinə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə yazıldı. Bununla da ümumilli lider Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, ölkədə tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və davamlı inkişafın təməlini qoydu.Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə siyasi sabitlik bərqərar oldu, cəbhədə atəşkəs əldə edildi, bütün sahələrin inkişafı istiqamətində islahatlara başlanıldı.Ən önəmlisi isə 1994-cü ildə Azərbaycanın dünyanın aparıcı neft şirkətləri ilə "Əsrin müqaviləsi"ni imzalandı, bazar iqtisadiyyatına keçidi təmin edən mükəmməl qanunvericilik yaratdı".

Emil Əkbərov vurğulayıb ki, ulu öndər Heydər Əliyevin xalqımız qarşısında ən mühüm xidmətlərindən biri İlham Əliyev kimi Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli lider yetişdirməsidir:

"Bu gün cənab prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirərək Azərbaycanın inkişafına, milli maraqların qorunmasına, ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasına nail olub:

"Məhz cənab prezident İlham Əliyevin zamanında atdığı addımlar və verdiyi doğru qərarla sayəsində Azərbaycan 30 illik işğala son qoyaraq öz gücünə ərazi bütövlüyünü bərpa etdi. Bu gün şanlı üçrəngli bayrağımız Xankəndində, Şuşada və digər işağaldan azad olunmuş ərazilərdə dalğalanmaqdadır. Xalqımız əmindir ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı cənab prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz daha da güclənəcək və bir çox uğurlara imza atacaq".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
sonxeber.az

1Mənbələr