AZ

Dünya əhalisi dərmanlara nə qədər pul xərcləyib? – ARAŞDIRMA

Ötən il qlobal əczaçılıq bazarı təxminən 1,6 trilyon ABŞ dolları həcmində qiymətləndirilir. Bu, 2022-ci illə müqayisədə 100 milyard dollardan çox artım deməkdir. Qlobal miqyasda ABŞ əczaçılıq bazarı üzrə aparıcı bazar hesab olunur. Bu ölkəni digər inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan bazarlar izləyir. Qlobal miqyasda artan gəlirlərə baxmayaraq, Latın Amerikası regionu qlobal əczaçılıq bazarının gəlirlərində ən aşağı paya malikdir .

Bəs dünya əhalisi dərmanlara nə qədər pul xərcləyib?

İqtisadiyyat.az bununla bağlı dünya statistikasına əsasən araşdırma aparıb.

Araşdırmalara əsasən, qlobal əczaçılıq xərcləri hər il artmaqda davam edir. 2022-ci ildə dünya əhalisi dərmanlara təxminən 1,48 trilyon ABŞ dolları xərcləyib. Halbuki, 2010-cu ildə bu rəqəm cəmi 887 milyard ABŞ dolları olub. Bu göstəriinin 2027-ci ilə qədər isə 1,9 trilyondan çox artacağı gözlənilir.

Məlumata əsasən, ABŞ qlobal miqyasda əczaçılıq xərclərinə görə liderdir. ABŞ-nin 2027-ci ilə qədər dərmanlara ən çox pul xərcləyən ölkə olaraq qalacağı gözlənilir. Regional olaraq əczaçılıq sənayesi gəlirlərinin böyük hissəsini Şimali Amerika və Avropa bazarlarında əldə edir.

Qlobal əczaçılıq sənayesində iştirak edən bir neçə böyük əczaçılıq şirkəti var. 2021-ci ilə kimi ABŞ-də yerləşən əczaçılıq şirkəti "Johnson & Johnson" bazar kapitallaşmasına əsaslanan ən yaxşı əczaçılıq şirkəti olub. ABŞ və Avropa isə 2017-ci ildən 2021-ci ilə qədər ən çox yeni dərman istehsal edən bölgələr olub.

Ümumillikdə dünyada qlobal əczaçılıq xərcləri aşağıdakı kimi olub:

İllər

Əczaçılıq xərcləri

2010

887 milyard dollar

2022

1,482 trilyon dollar

2027

1,917 trilyon dollar

 

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycana idxal olunan əczaçılıq məhsullarının dəyəri 217 milyon dollar təşkil edib. Ölkə 2022-ci ildə isə bu məhsulların idxalına 652,9 milyon dollar xərc çəkib.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
50
iqtisadiyyat.az

10Mənbələr