Nakamura Tayvanda yerli icma olan Amis qəbiləsində anadan olub. O, yoxsulluq içində böyüyüb və 1943-cü ildə Yaponiya İmperator Ordusuna könüllü olaraq gedib.

Nakamura Morotay adasına göndərilən əsgərlər arasında idi. Müharibənin xaosu 1945-ci ildə Amerika qoşunlarının adaya hücumu ilə başladı. Əsgərlər böyük müqavimət göstərsələr də, itkilər də kifayət qədər yüksək idi.

Sağ qalanlar arasında Nakamura da var idi. O, adaya çəkilib bir müddət orada qalmağı planlaşdırırdı.

O, İndoneziyanın Morotay adasında qaldı və müharibənin bitməsini gözlədi.

İllərlə adada sağ qalmaq üçün mübarizə aparan Nakamura adadakı yaşayış şəraitinə uyğunlaşdı və hətta özünə kiçik bir daxma tikdi. Daha sonra burada əsgərlərə hər cür dəstəyi verən Baykoli adlı yerli ilə dostluq edir.

Nakamura yalnız balıq və bananla qidalanırdı və əkinçilik etməklə sağ qaldı.

O, xarici aləmdən tamamilə təcrid olunmuşdu və müharibənin hələ də davam etdiyinə inanırdı. Baykolinin oğlunun və adada ona kömək edən bəzi şəxslərin səyləri sayəsində səlahiyyətlilər Nakamuranın varlığından xəbər tutdular.

1974-cü ildə onun tapılması üçün əməliyyat-axtarış tədbirləri təşkil edilib. Komandalar əsgərlərin onlara inanması üçün Yaponiya bayrağını çıxararaq Yapon himnini oxumağa başladılar. Nakamura bu şəkildə əmin olub və 30 ildən sonra adadan çıxdı.

Qayıdanda gördü ki, heç nə onun tərk etdiyi kimi deyil.

O, ailəsindən və hətta yaşadığı Tayvan torpağında da yad hiss edirdi. Üstəlik, o, Yaponiya vətəndaşı olmadığından, hökumət əvvəlcə ona kömək etmək istəməyib. Lakin ictimaiyyətin reaksiyasına görə Nakamura təqaüdçü mükafatı aldı.

Son illərini Tayvanda keçirdi və 1979-cu ildə ağciyər xərçəngindən öldü.

Müharibənin bitdiyinə inanmaqdan imtina edərək, Nakamura uzun bir müqavimət tarixi yazmışdı. Üstəlik, niyə belə etdiyini soruşduqda, cavabı daha təsirli olmuşdu: “Komandirim mənə döyüşməyimi demişdi”.