AZ

Ogeday Survivor All Star 2024 çempionu oldu - VİDEO

Aylardır davam edən Survivor All Star dünən axşam finala edib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Ogeday adlı yarışmacı ikinci dəfə çempion olub.

Son turda Ogedayla Nefise arasında qızğın mübarizə gedirdi. Ogeday Nefise-yə 6-2 hesabı ilə qalib gələrək Survivor All Star çempionu olub. Kuboku qaldırmazdan əvvəl danışan Ogeday, Acun Ilıcalıya təşəkkür edib.

"Acun Ilıcalıya təşəkkür edirəm. Yarışmada iki qırılma nöqtəm oldu. Acun məni inandırdığına sevindim. Onu dinlədiyimə görə sevinirəm. Əgər dinləməsəydin, hazırda burada olmazdım, Ailəmə və sevgilimə çox təşəkkür edirəm, Yarışmaqdan qürur duydum" .

Qeyd edək ki, Ogeday 2017-ci ildə də çempionluq kubokunu başı üzərinə qaldırıb.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
1
big.az

2Mənbələr