AZ

Gözəllik yarışmasına uyğun BƏZƏDİLƏN QURBANLAR - Nə dərəcədə DOĞRUDUR? - VİDEO

Qurbansız Qurban bayramı olmaz. Bəs bəzəkli qurban gedərmi? Qurban bayramının gəlişinə sayılı günlər qalsa da bəzi imanlılar indidən qoyun-quzu almağa başlayıblar. Xüsusilə bayram ərəfəsində nişan mərasimi olan xanımlar üçün satılan heyvanlar digərlərinə nisbətən fərqli üslubda bıcaq altına gedir. Bunu biznesə çevirib pul qazananlar da az deyil.

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı ilahiyyatçı İbrahim Quliyev "Xəbər Ertəsi"nə açıqlama verib.Belə mənzərəni son illərdir ürək ağrısı ilə izləyən ilahiyyatçı qurbanlıq heyvanların sanki gözəllik yarışması üçün bəzədilməsi ənənəsini absurd sayır:

" Müasir dövrümüzdə nişan yaxud qurbanlıq aparan insanlar bəzən o qurbana cürbəcür rənglər və bəzəklər vururlar. Hətta bəzən görürük ki, qurbanlıq qoçun ayaqlarına qırmızı ayaqqabılar geyindirirlər. Belə şeylərə şəriət nöqteyi-nəzərindən ehtiyac yoxdur. Dində belə bu məsələ yoxdur. Bu sadəcə olaraq kimlərinsə yaxud hansısa toplumun adəti ola bilər.

Ətraflı "Xəbər ertəsi"nin süjetində:


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
big.az

1Mənbələr