AZ

“Qüvvələr Ermənistanda yerləşdirilib, hədəf...” – Medvedev

Qərb Ermənistanı Avropa İttifaqına (Aİ) üzv olmağa dəvət etməyəcək, Ukrayna da yaxın gələcəkdə buna nail olmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“KTMT və Avrasiya İqtisadi Birliyi çərçivəsində müttəfiqlik münasibətləri ilə möhkəmlənən rus və erməni xalqlarının çoxəsrlik dostluğu (?) uzun müddətdir Vaşinqton və müttəfiqlərinin gözünə tikan kimi batır. Cənubi Qafqaz respublikasını Avro-Atlantik düşərgəyə çəkmək üçün xeyli qüvvələr yerləşdirilib”, - Medvedev bildirib.

Rusiya rəsmisi söyləyib ki, İrəvana tam sədaqət müqabilində Avropa İttifaqına üzvlük də daxil olmaqla, bir sıra digər təkliflər verilib:

“Ancaq özünüzü aldatmayın, bu cür vədlər neokolonial siçan tələsinin yemidir. Heç kim “elit klub”un qapılarını erməni xalqının üzünə açmaq fikrində deyil. Neo-banderalardan (Ukrayna) soruşun ki, onlar Aİ-yə daxil olmağı bacarıblarmı. Xeyr və bunu tezliklə görməyəcəklər. Ümumiyyətlə, görə biləcəklərmi?”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Gürcüstanın “Xarici agentlər haqqında” qanununu misal çəkərək, ABŞ və Avropa İttifaqının bunu bəyənmədiyini qeyd edib: “Və nəticədə sanksiyalar...”

Medvedev vurğulayıb ki, Avropa Parlamentinin bu ilin martında qəbul etdiyi Aİ ilə Ermənistan arasında münasibətlərin möhkəmləndirilməsinə dair qətnamə heç bir öhdəliyi olmayan kağız parçasıdır.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
354
teleqraf.com

1Mənbələr