AZ

İşğaldan azad kəndlər salınarkən mütləq yerli icmalarla məsləhət edilməlidir!.. –Və ictimai nəzarət...

"Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəsi təklifimlə razılaşdı və mən sosial şəbəkədə bu haqda məlumat verdim; təəssüf ki, rayonun nə rəsmi, nə də ictimai qurumları tərəfindən bu təklifə dəstək verilməməsi səbəbindən onun reallaşması üçün şərait yaradılmadı..."
 
-3 cümlə ilə bir tövsiyə...-
 
Bu haqda mediada səhv etmirəmsə, 2022-ci ildə yazmışdım; bu ilin yanvarında isə Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədovla görüşdə də təklif etdim ki, konkret Laçın rayonu üzrə rayon mərkəzi və kəndlərin yenidən salınması, xüsusən bir neçə kəndin birləşdirilməsi proseslərinin düzgün tənzimlənməsi və həmin proseslərin gedişinə nəzarət üçün hər yaşayış məntəqəsinin icma fəallarından ibarət ictimai şura yaradılsın...
Prezidentin xüsusi nümayəndəsi təklifimlə razılaşdı və mən sosial şəbəkədə bu haqda məlumat verdim; təəssüf ki, rayonun nə rəsmi, nə də ictimai qurumları tərəfindən bu təklifə dəstək verilməməsi səbəbindən onun reallaşması üçün şərait yaradılmadı...
Son günlər Laçın rayonunun Sus və Zabux kəndlərində baş vermiş daşqının nəticələri, konkret Sus kəndinin əvvəlki yerinin dəyişdirilərək bilavasitə çay yatağında salınması və hər iki kənddəki küçə və həyətlərdə yağış sularının axması üçün kanalizasiya qurğularının qurulmaması səbəbindən sakinlərin evlərini su basması, yəni yenicə salınmış yaşayış evlərinə vurulmuş ciddi ziyan da göstərir ki, işğaldan azad yaşayış məntəqələri, xüsusən kəndlər bərpa edilərkən, yenidən salınarkən yerli icmalarla məsləhət və tikinti, bərpa prosesinə ictimai nəzarət vacib və mütləqdir...
Sultan Laçın 
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
228
moderator.az

1Mənbələr