AZ

“Həmin vaxt gözlər Naxçıvana dikilmişdi”- Ceyhun Məmmədov

“Sabah Azərbaycan xalqı öz tarixinin ən şərəfli bir gününü qeyd edəcək. 15 İyun Azərbyacan xalqının ən ağır və mürəkkəb proseslərdən xilas tarixidir”. 

Missiya.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deputat Ceyhun Məmmədov deyib. O qeyd edib ki, ikinci dəfə öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan böyük bəlalarla üzləşmişdi: “Azərbaycanı bu bəlalardan ancaq ulu öndər Heydər Əliyev xilas edə bilərdi. Ona görə də həmin vaxt gözlər Naxçıvana dikilmişdi”.

Deputat bildirib ki, bu günki Zəfərin, qələbənin əsası da məhz 1993-cü il 15 iyun tarixində qoyulub”.

Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
missiya.az

1Mənbələr