AZ

"Ronaldo və Messinin mənim yaşımda necə olduğunu bilirəmmi?"

“Barselona”nın və İspaniya millisinin cinah oyunçusu Lamin Yamal ulduz futbolçularla müqayisə edilməsinə münasibət bildirib.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 16 yaşlı futbolçu öz oyununa görə tanınmaq istədiyini deyib:

Kriştiano Ronaldo və Lionel Messinin mənim yaşımda necə olduğunu bilirəmmi? Mən bunu düşünmürdüm, o vaxtlar başqa idi.

İndi bütün diqqətimi qarşıdakı Avropa çempionatına yönəltmişəm. İnsanlar belə müqayisə etməyi sevirlər.

Amma mən özüm olmaq istəyirəm. Qoy məni oyunuma görə qiymətləndirsinlər və Lamin Yamal kimi qəbul etsinlər”.

AÇ-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. İspaniya millisi İtaliya, İspaniya və Xorvatiya ilə eyni qrupda yer alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
sportinfo.az

1Mənbələr