AZ

Qəzzada sülh olacaqmı? Co Bayden ümidini itirmir

ABŞ prezidenti Co Bayden ümid edir ki, Qəzza zolağında atəşkəs barədə razılığa gəlmək mümkün olacaq, lakin bunun baş verməsi üçün HƏMAS hərəkatı ilk addımı atmalıdır.

Editor.az bildirir ki, Bayden bu mövzunu G7-nin İtaliyada keçirilən sammiti çərçivəsində qaldırıb. Görüş iştirakçılarının Qəzzada atəşkəs sazişi layihəsini müzakirə edib-etməməsi ilə bağlı suala ABŞ prezidenti müsbət cavab verib. Razılığın yaxın vaxtlarda əldə olunacağına əmin olub-olmaması ilə bağlı aydınlaşdırıcı suala o, belə cavab verib: “Xeyr. Mən ümidimi itirmirəm” – Co Bayden deyib.

Qeyd edək ki, İsrail və HƏMAS arasında müharibə 2023-cü ilin oktyabrından davam edir. May ayında ABŞ prezidenti yeni sülh sazişi layihəsini açıqlamışdı. HƏMAS təşəbbüsü müsbət qiymətləndirib. İyun ayında hərəkat ABŞ-ın BMT Təhlükəsizlik Şurasında mərhələli atəşkəslə bağlı qəbul etdiyi qətnaməni də alqışlayıb.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
editor.az

1Mənbələr