AZ

Baydenin oğlu Trampın keçmiş vəkilinə qarşı iddiadan imtina edib

ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden Los-Anceles (Kaliforniya) məhkəməsində ABŞ-ın keçmiş lideri Donald Trampın keçmiş vəkili Rudi Culianiyə qarşı qaldırdığı iddianı geri götürməyə razılaşıb. Bizimyol.info xəbər verir ki, bu barədə "NBC" televiziyası məlumat yayıb. 2023-cü ilin sentyabrında Hunter Bayden Culiani və vəkili Robert Kostellonu məxfi məlumatlara qanunsuz daxil olmaqda və kompüter fırıldaqlarında ittiham edərək məhkəməyə vermişdi. Amerika liderinin oğlu iddia edib ki, müttəhimlər onun şəxsi həyatını pozub və onun noutbukundan əldə edilən məlumatları manipulyasiya ediblər. "Həmin vaxt verilən bəyanata görə, ABŞ prezidentinin oğlu 75 min dollardan çox məbləğdə təzminat, habelə vəkillik haqqı və digər xərclərin ödənilməsini tələb edib. Cümə axşamı tərəflər razılığa gəliblər, razılaşmaya əsasən Hunter Bayden iddiasını geri götürür və işin hər bir iştirakçısı öz məhkəmə xərclərini ödəməlidir", - deyə NBC-nin verdiyi məlumatda qeyd edilir. Bundan əvvəl Amerika mediası Hunter Baydenə məxsus noutbukdan məlumat dərc etmişdi. Onlardan belə nəticə çıxdı ki, o, şurasının üzvü olduğu Ukraynanın “Burisma Holdings” enerji şirkətinin nümayəndəsi ilə atasının görüşməsini təşkil edə bilər. Trampın tərəfdarları Hunterin bu görüşü şirkət rəhbəri üçün rüşvət qarşılığında etdiyini iddia edirdilər. Həmin vaxt Co Bayden ABŞ-ın vitse-prezidenti vəzifəsini icra edirdi. 2023-cü ilin dekabr ayının sonunda Culiani iflas elan etdi. Trampın keçmiş vəkili onun 500 milyon dollara qədər borcu olduğunu, aktivlərinin isə 10 milyon dolları keçmədiyini iddia edib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
bizimyol.info

1Mənbələr