AZ

Daşkəsəndə yanacaqsaxlama çəninin istismarı dayandırılıb

Daşkəsəndə
Daşkəsən rayonunda yanacaqsaxlama çəninin istismarı dayandırılıb. Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Gurbulaq kəndində yerləşən yanacaqsaxlama çənində növbədənkənar yoxlama aparılıb, insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb. Belə ki, istismar olunan bir ədəd yanacaqsaxlama çəninin üzərində nəfəslik klapanının quraşdırılmadığı, boşalma zamanı avtoçənin ümumi torpaqlama konturuna birləşdirmə vasitəsinin olmadığı müəyyənləşib. Nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq yanacaqsaxlama çəninin istismarı dayandırılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
15
1news.az

10Mənbələr