AZ

Güclü leysan və dolu Qaxda ciddi fəsadlar törətdi – FOTO  

Artıq üçüncü gündür ki, Şimal-Qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gün Balakən və Zaqatala rayonlarında, bu gecə isə Qax şəhəri və Qaxbaş kəndi ərazisinə güclü leysan yağışları yağıb, sonradan doluya çevrilib. 

Sakinlərin sözlərinə görə, dolu yarım saat ya qırx dəqiqə davam edib və bu müddətdə meyvə ağaclarına, bostan-tərəvəz məhsullarına ciddi zərər vurub.
Leysan yağışları isə daha çox fərdi təsərrüfatlara, həyətlərə dolub. Güclü küləklə müşahidə olunan leysan yağışları kəndlərdə irigövdəli ağacların aşması ilə nəticələnib.

Həmçinin elektrik xətlərinin qırılmasına səbəb olub. Fəsadların aradan qaldırılması üçün Kommunal Təsərrüfat Müəssisəsinin işçiləri cəlb edilib. 






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
35
bizim.media

10Mənbələr