AZ

PSJ "Real"ın futbolçusuna elçi düşdü

"Real Madrid"in hücumçusu Rodriqo Qoes PSJ-dən təklif alıb.

Fanat.Az xəbər verir ki, məlumatı "RMC Sport"un jurnalisti Fabris Houkins yayıb.

Xəbərə görə, Paris təmsilçisi həm futbolçunun özü, həm də "Kral klubu"nun prezidenti Florentino Pereslə əlaqə saxlayıb. Mənbə braziliyalı oyunçunun təklifi rədd edərək "Real"da qalmaq istədiyini dediyini, lakin İspaniya nəhənginin "sambaçı"nı 150 milyon avroya satmağın əleyinə olmadığını vurğulayıb.

Daha öncə sözügedən oyunçunun xidmətində "Mançester Siti"nin maraqlı olduğu barədə informasiyalar yayılmışdı. Onun bu yay "şəhərlilər"ə qoşula biləcəyi açıqlanmışdı.

Son movsümdə bütün turnirlərdə 51 matça çıxan Rodriqo 17 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. 23 yaşlı forvardın "Real"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Seçilən
133
27
fanat.az

10Mənbələr