AZ

Paşinyan Köçəryan və Qaregini ittiham etdi

Keçmiş prezident Robert Köçəryan və katolikos II Qareginin rəhbərlik etdiyi hərəkat parlamentin qarşısında polislərə qarşı hücumları dəstəkləyir.

Sitat.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Yepiskop rütbəsindəki bir adam polisi təhlükədə olmadıqlarına inandıraraq dəbilqələrini çıxarmağa çağırıb. Lakin tezliklə onlara daş atmağa başladılar. Nəticədə 18 polis və 83 mülki şəxs yaralandı”, - Paşinyan bildirib.

Paşinyan bildirib ki, polisin hərəkətləri qanunauyğun olub və bundan sonra da dövlətçiliyin və suverenliyin qorunması üçün analoji tədbirlərdən istifadə olunacaq.

Seçilən
186
sitat.info

1Mənbələr