AZ

"Qəzzada atəşkəs olmasa, bir nəsil yox olacaq"

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini, "X" hesabında etdiyi şərhdə, münaqişə, müharibələrdə ilk və ən çox əziyyət çəkənlərin uşaqların olduğuna diqqət çəkərək, Qəzzada da vəziyyətin fərqli olmadığını bildirib.

News24.az xəbər verir ki, UNRWA-nın Baş Komissarı çoxlu sayda insanın öldüyünü və yaralandığını, sağ qalanların isə dərin travmalar yaşadığını qeyd edib.

O bildirib ki, İsrailin hücumları nəticəsində uşaq məktəbləri dağıdılıb və onlar bütün tədris ilini təhsilsiz və oyunsuz bitiriblər.

Hücumların Qəzzadakı uşaqların uşaqlıqlarını qarət etdiyini və atəşkəs çağırışını etdiyini bildirən Lazzarini, Qəzzada atəşkəs olmasa, bir nəsilin itiriləcəyi, məhv olacağı ilə bağlı xəbərdarlıq edib.


Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
news24.az

1Mənbələr