AZ

ABŞ və Cənubi Koreya Putinin KXDR-ə gözlənilən səfərini müzakirə ediblər

Koreya Respublikası xarici işlər nazirinin birinci müavini Kim Honq Kyun və ABŞ dövlət katibinin müavini Kurt Kempbell arasında telefon danışığı olub və Rusiya prezidenti Vladimir Putinin Koreya Xalq Demokratik Respublikasına (KXDR) gözlənilən səfəri, eləcə də bir sıra digər məsələlər müzakirə olunub. Bizimyol.info xəbər verir ki, bu barədə Koreya Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, onlar ABŞ və Koreya Respublikası arasında müttəfiqliyi əhatə edən məsələləri, regional və qlobal aktual məsələləri, o cümlədən “Rusiya Federasiyası Prezidentinin KXDR-ə səfərinin mümkünlüyü” müzakirə ediblər. Tərəflər vəziyyəti yaxından izləməyə davam edəcəkləri və Şimali Koreyanın “Cənuba qarşı təxribatları” və gərginliyi artıran digər hərəkətlərinə qəti şəkildə cavab verəcəkləri barədə razılığa gəliblər. ABŞ və Cənubi Koreya Ukraynadakı vəziyyət də daxil olmaqla “regionun və dünyanın aktual problemləri” ətrafında fikir mübadiləsi aparıblar. Moskva Qərb ölkələrinin Pxenyanla qeyri-qanuni hərbi-texniki əməkdaşlıq ittihamlarını dəfələrlə və qəti şəkildə rədd edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu cür bəyanatları şayiələr adlandırıb. 2023-cü ilin sentyabrında Kim Çen In Rusiya Federasiyasına səfər etdi və burada Putinlə Vostoçnı kosmodromunda görüşdü. Daha sonra Kim Çen In həmkarını Xalq Respublikasına səfərə dəvət edib. Dəvət qəbul olunub. İyunun 10-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml dövlət başçısının KXDR və ya Vyetnama səfər etməyi planlaşdırdığı vaxt barədə zaman bəlli olanda məlumat verəcək. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
bizimyol.info

1Mənbələr