AZ

Qalaya gəlin gətirib, 10 ilə yaxın burada YAŞADILAR- VİDEO

Qalaya gəlin gətirib, 10 ilə yaxın burada YAŞADILAR- VİDEO

"Mən bu qalaya 82-ci ildə gəlin köçmüşəm. Bu qalada yaşamışam".

Sonxeber.az xəbər verir ki, bu sözləri Zaqatalanın Car kəndinin sakini Layuza Əlizulova Apa TV-yə açıqlamasında bildirib. O, İbrahim Cingözovla ailə həyatı qurub və qalaya gəlin gəlin. 10 ilə yaxın müddətdə qalada yaşayıb. Car kənd məktəbində müəllimə işləyən Layuza xanımın sözlərinə görə, qala gəlin gəldiyi Cingözovların mülkündə yerləşdiyi üçün yüzilliklər boyu Cingöz qala kimi tanınıb.

"Mənim qayınatamım, yoldaşımın nəslinin soyadı ilə bağlıdır. Onların torpağı və yurdunda olduğu üçün bu qala Cingöz qaladır. 15 il əvvəl qalın qar örtüyü damı uçurdub və bərbad vəziyyətə düşdü. Biz öz büdcəmiz ilə meşədən ağac telləri gətirərək damını düzəltdik. Bu qalaya indi mən baxıram".

Qalaya bitişik tikilən artırma nəslin nümayəndəsi Ramazan Cingözov tərəfindən 20-ci əsrin əvvəllərində inşa edilib. Qalada ötən əsrin 90-cı illərinin başlanğıcına kimi yaşayış olub.

Ətraflı Apa TV-nin süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
sonxeber.az

1Mənbələr