AZ

Vərdiş etdiyimizdən daha fərqli olan canlı vinetkalar: çəkiliş qiymətləri neçəyədir? - VİDEO

Vərdiş etdiyimizdən daha fərqli olan canlı vinetkalar: çəkiliş qiymətləri neçəyədir? - VİDEO

Birincilər, 4, 9 və 11-ci sinif şagirdləri, həm də ali təhsil ocaqlarının məzunları... Onların sevinci və həyəcanı da eynidir. Təhsil ocaqları və müəllimləri, hətta yoldaşları ilə sağollaşmağa hazırlaşırlar. Xoş xatirələrini əbədiləşdirmək və tarixə çevirmək üçün fotostudiyalara və vinetka çəkilişlərinə üz tuturlar.

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı Aztv-nin çəkiliş qrupu araşdırma aparıb:

"Vinetka çəkilişi üçün gəlmişik. Vinetkanı seçən zaman dekorlara fikir veririk. Bizim üçün geyimlərdə çox önəmlidir. Ən çox müasir geyimlərdə olan şəkillərə üstünlük verəcəyik. Bu il məzun okduə və fotosessiya üçün müraciət etmişik".

Vinetkalar yaxud məzun albomları müxtəlif forma və ölçülərdə təklif olunur. Qiymətlər isə vərəq sayına, qalınlığına və çəkiliş məkanlarına görə dəyişir:

"Vinetkanın üzəri şüşədən olur. Elə olur ki parça yaxud dəridən hazırlanır. 35 manatdan başlayır və 100 manata qədər qiymətlər dəyişir. Arif ibtidai sinif vinetkaları şüşədən seçilir. Yəni sadə və minimalizmdən ibarət olur. Çox çəkiliş olmur. Bir studiya daxili və fərdi çəkiliş olur".

Ətraflı Aztv-nin süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
sonxeber.az

1Mənbələr