AZ

İsrail Livana hücum edib, çoxlu sayda yaralı var

İsrail Hərbi Hava Qüvvələrinə aid qırıcı təyyarələrin Livanın cənubunda 3 mərtəbəli binanı vurduğu bildirilir.

APA xəbər verir ki, Sur şəhərinin şərqində yerləşən bir binanın qırıcılar tərəfindən raket atəşinə tutulduğu, ilkin məlumata görə 7 nəfərin yaralandığı bildirilir. Hadisə zamanı binanın tamamilə çökmsi nəticəsində ölənlərin də olduğu istisna edilmir.

Hücumla bağlı hələ ki, nə İsrail ordusu və nə də Livan hakimiyyəti açıqlama verməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
2
apa.az

3Mənbələr