AZ

Məhəmməd Möhbər və Putin arasında telefon danışığı olub

İran prezidenti vəzifəsini icra edən Məhəmməd Möhbər və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

"Operativ Media" xəbər verir ki, İran ikitərəfli əlaqələrin əsas gündəmini təşkil edən ticarət, tranzit və enerji sektorları da daxil olmaqla, əldə edilmiş bütün razılaşmaları tam şəkildə həyata keçirmək əzmindədir.

Möhbər həmçinin İran və Rusiya arasında, xüsusilə Şimal-Cənub tranzit dəhlizi, BRİKS qrupu və Avrasiya İqtisadi Birliyi sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığı nəzərdən keçirib və qarşılıqlı əməkdaşlığın hüquqi əsaslarının gücləndirilməsinin vacibliyini vurğulayıb.

Putin Avrasiya İttifaqı ilə İran arasında azad ticarət qanununun təsdiqi və imzalanmasına da toxunub və bunu iki ölkə arasında ticarət əlaqələrinin inkişafı, möhkəmlənməsi və dinamizmi əldə etməsi üçün münasib əsas kimi qiymətləndirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
operativmedia.az

1Mənbələr