AZ

Qırğızıstanda uran və torium hasil ediləcək

Qırğızıstanda

Bakı, 14 iyun, AZƏRTAC

Qırğızıstanın Joqorku Keneşinin deputatları uran və torium yataqlarının işlənməsinə moratoriumun çıxarılması haqqında qanun layihəsini təsdiq ediblər.

AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, sənəd dövlət başçısına imzalanması üçün göndərilib.

Uran və torium hasilatının ekologiyaya və əhalinin sağlamlığına zərərini minimuma endirmək məqsədilə müvafiq dövlət orqanları tərəfindən ciddi ekoloji norma və standartlar tətbiq ediləcək.

Qırğızıstanın Təbii Ehtiyatlar, Ekologiya və Texniki Nəzarət Nazirliyinin məlumatına görə, qadağanın ləğvi ölkədə 83 yataqda dünya bazarında çox tələb olunan mineralların çıxarılmasına imkan verəcək. Nazir Melis Turqunbayevin sözlərinə görə, onların işlənməsinə qoyulan mövcud qadağa oxşar yataqlarda digər nadir metalların hasilatına da mane olur. Xüsusilə Qırğızıstan sakinlərinin 2019-cu ildə işlənməsinə qarşı çıxan Qızıl-Ompol mədənində titanomaqnetitin əhəmiyyətli dərəcədə ehtiyatları var.

M. Turqunbayevin hesablamalarına görə, qadağanın ləğvindən sonra bu yataqların hər birində minə yaxın iş yeri yaradılacaq, ölkə büdcəsinə isə əlavə olaraq 150 milyon dollardan çox vəsait daxil olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
2
azertag.az

3Mənbələr