AZ

Azərbaycan və Qırğızıstanın beyin mərkəzləri əməkdaşlıq edəcəklər

Azərbaycan və Qırğızıstanın beyin mərkəzləri əməkdaşlıq edəcəklər. SİA xəbər verir ki, bununla bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyevin Bişkek səfəri zamanı razılıq əldə olunub.Qırğızıstan Prezidenti yanında Milli Strateji Təşəbbüslər İnstitutunun direktoru Sancar Mukanbetov qonağa institutun fəaliyyət istiqamətləri haqqında məlumat verərək son vaxtlar təşkilati baxımdan yenidən strukturlaşma aparıldığını bildirib. Görüş zamanı Azərbaycan və Qırğızıstan arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edilərək əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.Eyni zamanda görüşdə mövcud geosiyasi vəziyyətin hər iki ölkəyə mümkün təsirləri, regional nəqliyyat layihələrinin, o cümlədən Bakı-Tbilisi-Qars və Çin-Qırğızıstan-Özbəkistan dəmir yolları layihələrinin iki ölkə arasında nəqliyyat bağlantılarının və dolayısilə ticarət-iqtisadi əlaqələrin inkişafında oynayacağı rol kimi məsələlərə toxunulub.Bundan başqa, iki təşkilat arasında gələcəkdə akademik müzakirələrin davam etdirilməsi, birgə elmi nəşrlərin hazırlanması və tədbirlərin təşkil edilməsi barədə razılıq əldə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
sesqazeti.az

1Mənbələr