Türkiyəli aktyor Yusuf Atala Türkiyədə saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
Bildirilib ki, o, "Pulsuz tətil qazandınız" vədi ilə insanları aldatmaqla ittiham olunaraq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun dəstə üzvləri ilə birlikdə nəzarətə götürüldüyü açıqlanıb.
Qeyd edək ki, aktyor "Yaprak dökümü" serialındakı ifasından sonra daha çox tanınıb.