AZ

Santuşdan əvvəlki millimiz: İki addım geri, üç addım irəli

Milli komandaların canlı FİFA reytinqində yerdəyişmələr olub.

İdman.biz xəbər verir ki, Azərbaycan yığmasının da mövqeyi dəyişib.

Buna Albaniya və Qazaxıstanla Macarıstanda keçirilən yoldaşlıq oyunla səbəb olub. Öncə 1:3 hesabı ilə uduzan milli ikinci matçında qalib gəlib – 3:2.

Fernandu Santuşun təyinatına qədər Arif Əsədovun yığmaya başçılıq etdiyi bu iki qarşılaşmadan sonra komandamızın əmsalı 1179,88-ə yüksəlib. Millimiz onlayn sıralamada 111-cidirr.

Son FİFA reytinqində 1177,83 xalla 112-ci olan Azərbaycan millisi Albaniya ilə görüşdə uduzduqdan sonra 2 pillə geriləmişdi. Qazaxıstan üzərində qələbə 3 addımlıq irəliləyişə səbəb olub. İki oyunun yekununda yığmamız bir pillə önə keçib.

Qeyd edək ki, FİFA-nın reytinq siyahısı iyunun 20-də açıqlanacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
idman.biz

1Mənbələr