AZ

Fyuri bu dəfə məşq zamanı... - VİDEO

Tanınmış boksçu Tayson Fyurinin sosial şəbəkədə növbəti videosu yayılıb.

İdman.biz xəbər verir ki, o, bu dəfə məşq edərkən görüntülənib.

Bir neçə gün əvvəl Fyuri içkili halda bardan çıxarkən yıxılmışdı. Onun bu görüntüləri böyük əks-səda doğurmuşdu. Britaniyalı boksçu superağır çəkidə revanş görüşünə tam gücü ilə hazırlaşdığını bildirib.

Qeyd edək ki, Fyuri may ayında Ər-Riyada Oleksandr Usikə (Ukrayna) uduzub. Onlar arasında revanş görüşü dekabrın 21-nə planlaşdırılıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
idman.biz

1Mənbələr