AZ

ƏRDOĞAN ABŞ-I İSRAİLƏ TƏZYİQ GÖSTƏRMƏYƏ ÇAĞIRIB

Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının üzvü kimi və Qərb ölkələri Qəzzada atəşkəslə bağlı Təhlükəsizlik Şurasının qətnaməsinin yerinə yetirilməsi üçün İsrailə təzyiq göstərməlidir.

Tezadlar.az xəbər verir ki, bunu Madriddə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniya hökumətinin başçısı Pedro Sançeslə danışıqlardan sonra deyib.

Yayımı TRT Haber telekanalı həyata keçirib.

"BMT Təhlükəsizlik Şurasının üzvləri, ilk növbədə ABŞ və Qərb ölkələri Qəzzada atəşkəs qətnaməsini tez bir zamanda yerinə yetirmək üçün İsrailə təzyiq göstərməlidirlər. Ümid edirik ki, İsrail (Qəzzada) bu hücumlardan əl çəkəcək və bunu təmin edəcək razılığa gələcək. Biz regionda davamlı sülhün bərqərar olması üçün hadisələri diqqətlə izləyirik və qətnamənin icrasını izləyəcəyik”, - deyə Türkiyə lideri bildirib.

E.ŞİRİNOV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
tezadlar.az

1Mənbələr