AZ

Rusiya Ermənistanın KTMT ilə bağlı mövqeyinə aydınlıq gətirməyə çalışacaq - Peskov

Bakı. TurkicWorld:

Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı mövqeyinə aydınlıq gətirmək üçün onunla işləməyə davam edəcək.

TurkicWorld Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, həmçinin, İrəvan və Moskvanın tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə sadiq qalacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, KTMT-yə üzvlük dondurulduqdan sonra növbəti məntiqi addım Ermənistanın təşkilatdan çıxması olacaq.

O bildirib ki, bu addımın məhz nə zaman atılacağına Ermənistan hakimiyyəti qərar verəcək.

Bu ilin may ayında isə Ermənistan XİN ölkənin 2024-cü il üzrə KTMT-nin fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcəyini açıqlayıb.

"Ermənistan Respublikası KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının "KTMT-nin 2024-cü il üzrə büdcəsi haqqında" 23 noyabr 2023-cü il tarixli qərarına qoşulmaqdan və bu qərarla təşkilatın nəzərdə tutulan fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan kənarda qalacaq, lakin məhdud formatda bu qərarın qəbuluna etiraz etmir", - Ermənistan XİN-in açıqlamasında deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
turkic.world

1Mənbələr