AZ

Bakıda avtobusda qadın qarət olundu

Bakıda marşrut avtobusunda oğurluq edilib.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində ictimai nəqliyyatda bir qadının çantasından mobil telefonunu oğurlamaqda şübhəli bilinən S.Səlimov saxlanılıb.

Həmçinin Salyan rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində yerləşən restoranda bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş X.Bədəlov ələ keçirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Mənbə: musavat.com

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
musavat.com

1Mənbələr